Bu gün Türkiyədə dollar günə ucuzlaşma ilə bağlayıb.
FED.az xəbər verir ki, yanvarın 24-də birjalarda dollar ticarətə 3.7676 lirə məzənnəsi ilə başlayıb. Regiondakı geopolitik dəyişmələrin ardından gün ərzində kurs enməkdə davam edib.
Bu dəqiqələrdə 1 dollar 3.7574 lirəyə bərabərdir. Gün ərzində məzənnənin 3.74 lirəyədək azalacağı gözlənilir.
Avronun məzənnəsi isə ötən günlə müqayisədə azalaraq 4.63 lirəyə enib.