Türkiyə Respublikasının Mərkəzi Bankı (TCMB) ötən həftə sonu il sonuna qədər ən çox 3 milyard dollar valyuta satılacağını açıqlamışdı.
Mərkəzi Bankın açıqlamasının ardından Dollar/Türk Lirəsi (TL) məzənnəsi 3.8228 səviyyəsinə qədər geriləmişdi. Sonradan yenidən yüksəlməyə başllayan məzənnə, Bazar ertəsi günümərhələli olaraq yüksələrək 3.90-nı keçib.
Dollar/TLməzənnəsi saat 16:20-də 3.9132 olub. Bu gün lirə dollar qarşısında 0,9% ucuzlaşıb.
Kredit reytinqi agentliyi Moody's-in illik kredit təhlilində Türkiyəyə dair şərhləri Dollar/TL-nin gedişinə təsir göstərib.
Moody's-in analizində, Türkiyədə güclü iqtisadi artım və nisbi güclü dövlət maliyyəsinin siyasi risk və xarici təsirlərə həssaslığı tənzimlədiyi qeyd olunub.