Türkiyədə qısa müddətli sabitlikdən sonra ABŞ dollarınını məzənnəsi yenidən artır.
FED.az xəbər verir ki, yanvarın 3-də ABŞ dolları daha iki quruş bahalaşaraq 5,9763 lirəyə çatıb. Son bir həftədə ABŞ dolları lirə qarşısında 0,53% bahalaşıb. Belə ki, dekabrın 26-da dolların məzənnəsi 5,9442 lirə idi.
İstanbulda ucuz evlər - Beylikdüzü rayonu - 1+1 – QİYMƏT
Dolların bahalaşması Türkiyənin Liviyadakı hərbi əməliyyatlara qoşulmaq niyyəti ilə bağlıdır.
Ümumilikdə isə son bir ildə Türkiyədə dolların məzənnəsi 10,8% artaraq 5,3917 lirədən 5,9763 lirəyə yüksəlib.
İl ərzində dolların daha yüksək məzənnəsi də qeydə alınıb – 2019-un may ayında dollar 6 lirəni keçib və hətta 6,2 lirəyə yaxınlaşıb, amma sonradan məzənnədə sabitlik dövrü başlayıb.