TÜİB-də Türkiyə PA-nın Maliyyə Ofisinin rəhbəri ilə görüş keçirildi
FED.az xəbər verir ki, Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyində (TUİB) Türkiyə Respublikasının Prezidentinin Maliyyə Ofisinin rəhbəri Göksəl Aşan ilə görüş keçirilib.
Görüşdə Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin icraçı direktoru Yusif Abdullayev, TÜİB sədrinin vəkili Savaş Uzan, sədr müavinləri Lokman Biter, Nəcməddin Taşbağ, Avni Dəmirci və digər İdarə Heyəti üzvləri iştirak edib.
Maliyyə Ofisinin rəhbəri bu ilin əvvəlində Türkiyədə baş vermiş zəlzələ ilə bağlı göstərdikləri yardımlara və təbii fəlakət bölgəsindəki fəaliyyətlərinə görə TÜİB sədri Hüseyin Büyükfırata və “Makro 2000” Şirkətlər Qrupunun rəhbəri Lokman Biterə təşəkkür edib.
Görüş çərçivəsində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Türkiyə Ticarət Nazirliyinin və TÜİB-in ortaq təşkilatçılığı ilə dekabrın 21-də keçiriləcək Böyük İş Forumu ilə bağlı görüləcək işlər barəsində fikir mübadiləsi aparılıb.