Mart ayının 10-dan indiyədək Azərbaycan Mərkəzi Bankı (AMB) növbəli və növbədən kənar valyuta hərraclarında ölkə banklarına 1,5 milyard dollardan artıq xarici valyuta satıb.
FED.az xəbər verir ki, son 20 gün ərzində AMB 7 valyuta hərracı keçirib. Maraqlıdır ki, martın 6-dək keçirilən hərraclarda requlyator satılan valyutanın həcmini açıqlamırdı. Amma martın 10-dan etibarən bu göstəricilər də açıqlanır. Beləliklə,
martın 10-da keçirilən hərracda 323,2 milyon dollar
martın 11-də keçirilən hərracda 155 milyon dollar
martın 12-də keçirilən hərracda 220,8 milyon dollar
martın 13-də keçirilən hərracda 265,2 milyon dollar
martın 17-də keçirilən hərracda 250,3 milyon dollar
martın 19-da keçirilən hərracda 243,7 milyon dollar
martın 29-da keçirilən hərracda 106,5 milyon dollar satılıb.
Başqa sözlə, martın 10-dan indiyədək keçirilən hərraclarda 1 milyard 564,7 milyon ollar xarici valyuta satılıb.
Müqaysə üçün bildirək ki, yanvar ayında Dövlət Neft Fondunun xətti ilə 300,2 milyon dollar, fevral ayında isə 543,4 milyon dollar valyuta satılıb.