Rusiyada rubl dollar və avro qarşısında bir qədər də zəifləyib.
Eləcə də bax: Rusiyada dollar 97 rubla yüksələ bilər - "BLOOMBERG"
FED.az xəbər verir ki, qonşu ölkədə dolların məzənnəsi 79 rubla çatıb ki, bu da son 4 ildə – 2016-cı ildən bəri ən yüksək məzənnədir. Bu səviyyəyə çatdıqdan sonra dolların məzənnəsi 77 rubladək geriləyib. Avronun məzənnəsi isə rubl qarşısında 0,7% artaraq 83,49 rubla çatıb. Sonradan 84,66 rubla yüksəlib.
Rublun ucuzlaşmasının səbəbi, dünyanın neft bazarının çökməsi və neftin martın 6-dan sonra indiyədək 30% ucuzlaşması olub. Neft ölkəsi olan Rusiyanın milli valyutası da bu səbəbdən dollar və avro qarşısında dəyər itirməkdədir.