Rusiyada dolların məzənnəsi 97 rubla yüksələ bilər.
Eləcə də bax: Rusiyada dollar və avro məzənnəsinə – HƏDD QOYULDU
FED.az xəbər verir ki, bu barədə «Bloomberg» agentliyinin hazırladığı hesabatda bildirilir.
Hesabatda göstərilir ki, ABŞ dolları inkişaf etməkdə olan ölkələrin valyutaları, o cümlədən rubl qarşısında 30 % bahalaşa bilər. Bir şərtlə ki, koronavirus təhlükəsi bir qədər də yayılsın. Agentliyin analitiklərinin fikrincə, indiki vəziyyətdə cari hesablar devisiti olan və qeyri-likvid bazarları olan ölkələrin valyutaları daha çətin vəziyyətdə olacaqlar.
Agentlik bu sıraya Latın Amerikasının bəzi ölkələrini, eləcə də Cənubi Afrika, İndoneziya və Hindistanı daxil ediblər.
«Bloomberg» ekspertləri hesab edir ki, Rusiyada cari hesablar balansı profisitdə olsa da, neftin qiymətinin düşməsi Rusiyaya imkan verməyəcək ki, rublu həmin səviyyədə saxlasın və dolların rubla məzənnəsi 97 rubladək bahalaşa bilər.
Amma bəzi rusiyalı ekspertlər bu proqnozu real saymırlar. «Reqion investisiya» şirkətinin baş analitiki Mixail Poddubski bildirib ki, makroiqtisadi baxımdan hazırda rublun vəziyyəti 2014-2016-cı ildəkindən daha yaxşıdır. Ona görə də proqnozda göstərilən devalvasiya miqyasları real görünmür.
Qeyd edək ki, fevralın 19-dan indiyədək dollar rubl qarşısında artıq 18% güclənib: «Baxmayaraq ki, inkişaf etməkdə olan ölkələrin valyutaları kifayət qədər zəifləyib, bundan sonra da daha böyük itkilər ehtimalı var» - deyə Bloomberg-in hesabatında bildirilir.