Dünya bazarında neftin qiymətinin düşməsinə mütənasib olaraq Rusiya rublu da dollar qarşısında sürətlə zəifləməkdədir.
Eləcə də bax: Əhali yenidən dollar alışını artırıb - BANKLARDA DOLLAR BAHALAŞIB
FED.az xəbər verir ki, martın 6-də Rusiyada dolların məzənnəsi 68,54 rubla çatıb. Bu 2019-cu ilin yanvarından bəri dolların ən yüksək məzənnəsidir. Son bir ayda Rusiyada dollar 8,3%, son iki ayda isə 12,3% bahalaşıb. Belə ki, Rusiyada dolların məzənnəsi yanvarın 12-də 61 rubl, fevralın 6-da isə 63,3 rubl olub.
Rusiyada avronun məzənnəsi isə martın 6-da 77 rublu keçib.