Rusiya Prezidenti Vladimir Putin, Rusiya parlamentinin aşağı palatası Dumada etdiyi çıxışında, Rusiyanın qlobal bazarlardakı mövqeyini gücləndirmək üçün "savaşmaq" məcburiyyətində olduğunu deyib.
FED.az xəbər verir ki, Rusiyaya qarşı sanksiyaların, Rusiyanın iqtisadi suverenliyini təmin etməsi üçün imkanlar yaratdığına işarə edən Putin, "Dollarda gedən təmərküzləşmə, dünyanın bir çox ölkəsi üçün böhranlı və təhlükəli vəziyyət yaradır. Dollara bağlılığı azaldaraq, Rusiya iqtisadiyyatının suverenliyini qorumaq lazımdır",- deyib.
Neft ticarətinin də dollarla aparıldığını xatırladan Putin, "Bu yükdən xilas olmağımız lazımdır" deyib.
Dünya Ticarət Təşkilatı qaydalarının da tez-tez pozulduğunu qeyd edən Rusiya lideri, "Sanksiya adı altında verilən siyasi qərarlar üzərindən özlərinə üstünlük yaratmağa çalışırlar. Alüminium və ümumiyyətlə, metallurgiya sahəsinə dair verilən qərarları başqa necə açıqlayaq?" deyib.
ABŞ Prezidenti Donald Trump, 9 Martda idxal polad və alüminiuma müvafiq olaraq 25 faiz və 10 faiz gömrük tarifi tətbiq edəcəyini açıqlamışdı. Həmçinin ABŞ Xəzinə Nazirliyi, dünyanın ən böyük alüminium istehsalçılarından biri olan "Rusal"a qarşı sanksiya tətbiq etmişdi.