Beynəlxalq reytinq agentlikləri Azərbaycana layiq olduğundan daha aşağı reytinq verirlər.
FED.az xəbər verir ki, bu barədə maliyə naziri Samir Şərifov agentliklərin Azərbaycanla bağlı qərarlarına münasibətini açıqlayarkən məlum olub.
Eləcə də bax: Moody's Türkiyənin 18 bankını - "VURDU"
Onun sözlərinə görə, Azərbaycan xaricdən kredit almağa ehtiyac duymasa da, amma müsbət reytinqlərin alınmasında maraqlıdır: ««Doğrudur, Azərbaycan o qədər də kredit almır, bizim yeni borclanma strategiyası qəbul edilib və bu strategiyaya uyğun olaraq biz borc almağa o qədər də meylli deyilik. Mən hətta deyərdim bizə daha çox borc vermək istəyirlər. Amma biz xüsusilə xaici valyutada borc alınmasında maraqlı deyilik və çalışırıq kifayət qədər mühafizəkar, ehtiyatlı siyasət yürüdək.
Buna baxmayaraq reytinq agentliyi ilə biz işləməliyik».
S.Şərifov bildirib ki, Azərbaycan üç əsas reytinq agentliyinin hər biri ilə əməkdaşlıq edir: «Onlar ildə iki dəfə Azərbaycana gəlib bizimlə görüşlər keçirir və özləri müəyyən qərar qəbul edirlər. Yəni hesabat hazırlayırlar, sonra bu hesabat onların şuralarına təqdim edilir. Bizə hesabatın ilkin nüsxəsini göstərə bilərlər, biz müəyyən iradlarımızı söyləyə bilərik, amma bu heç də o demək deyil ki bu iradlar nəzərə alınacaq».
Nazir bildirib ki, reytinq agentliklərinin ölkəmizlə bağlı qəraralarını o qədər də obyktiv saymır: «İndi bu qərarların nə qədər düzgün və ədalətli olması başqa məsələdir. Mən şəxsən hesab edirəm - bunu bir dəfə də demişəm ki, reytinq agentlikləri Azərbaycanın reytinqinə çox xəsis yanaşırlar. Mənə elə gəlirki, bizim reytinqimiz bir qədər, bir pillə yüksək ola bilər».
S.Şərifov bildirib ki, son illər Azərbaycanda aparılan islahatlar və əldə edilən nəticələr daha yüksək reytinqə ümid etməyə imkan verir: «Bizim son iki ildə əldə etdiyimiz nailiyyətlər, ölkə iqtisadiyyatındakı makroiqtisadi sabitliyin bərqərar olunması, kifayət qədər əhəmiyyətli maliyyə ehtiyatları, maliyyə buferlərnin yaradılması, bir sıra digər vacib islahatların həyata keçirilməsi hesab edirəm ki, maliyə dayanıqlığını uzun müddətə saxlanılmasına yönəlib və bu əsasda hesab edirəm ki, biz bir pillə artıq reytinqə layiqik. Amma hələ ki qərar qəbul edilməyib. Çalışacağıq ki, qərarı tezliklə əldə edək».
Reytinq agentlikləri Azərbaycana qarşı “xəsislık” edirlər - MALİYYƏ NAZİRİ
22:13
19 İyun 2019