Beynəlxalq kredit reytinqi agentliyi "Moody's İnvestor Service" 18 Türkiyə bankının kredit reytinqini aşağı salıb. Reytinqin proqnozu "neqativ"dir.
FED.az adı çəkilən agentliyə istinadən xəbər verir ki, reytinqin aşağı salınmasına əsas səbəb ölkənin xarici kövrəkliyinin əhəmiyyətli dərəcədə artaraq banklara investor inamının itməsi və əmanətçi davranışındakı ani dəyişikliklərə qarşı daha çox riskə məruz qoyması olub. Bundan başqa ,hökumətin əmanətçilərin xarici valyutaya çıxışını məhdudlaşdırması riskinin artmasını göstərib.
Həmçinin əməliyyat mühitinin daha da pisləşərək bankların ödəmə gücünün zəifləməsinə səbəb olması bildirilib. Moody's 14 İyunda Türkiyənin ölkə reytinqini "Ba3"dən "B1" endirmiş, proqnozunu "neqativ" təyin edib