Prezident İlham Əliyev 30 dekabr 2022-ci il sərəncamı ilə təsdiq edilmiş “Dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiyanın 2022–2025-ci illər üzrə yenilənməsi çərçivəsi”ndə dəyişiklik edib.
Dövlət daxili borcunu yüksək temp ilə artırır - 7 AYDA 1,3 MİLYARD MANAT
FED.az xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycanda xarici dövlət borcunun 2025-ci ilin sonunda 7,1 milyard ABŞ dolları və yaxud ÜDM-in 10,7 %-i qədər olması gözləntisi qalır, amma mövcud xarici dövlət borcunun qaytarılması ilə yanaşı, ölkənin sosial-iqtisadi inkişaf templərinə əlavə təkan verilməsi məqsədilə prioritet sahələrdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün xarici borc cəlb ediləcəyindən, bu göstəricilər dəyişə bilər.
Xatırladaq ki, indiyə qədər 2025-ci ilin sonuna qədər xarici dövlət borcunun ÜDM-ə nisbətinin 15 %-dən aşağı səviyyədə saxlanılması, həmin nisbətinin 10 %-dən aşağı salınması hədəfinin isə 2025–2030-cu illəri əhatə edəcək növbəti strategiya çərçivəsində təmin edilməsi nəzərdə tutulurdu.