2023-cü ilin 7 ayı ərzində (yanvar-iyul) Azərbaycan Maliyyə Nazirliyi dövlət istiqrazlarının yerləşdirilməsi yolu ilə yerli investorlardan 1 milyard 265 milyon 91 min manat cəlb edib.
Banklar tərəfindən investisiya xidmətlərinin həyata keçirilməsi qaydası hazırlanacaq - FƏRMAN
FED.az xəbər verir ki, böyük hissəsi faiz ödənişi qarşılığında cəlb edilmiş bu vəsait ötən ilin eyni dövrü ilə müqayisədə 538 milyon 203 min manat və ya 74% çoxdur. Ötən ilin 7 ayında Maliyyə Nazirliyi dövlət istiqrazlarının yerləşdirilməsi yolu ilə 726 milyon 888 min manat cəlb etmişdi.
Qeyd edək ki, Maliyyə Nazirliyi xarici bazarlarda yerləşdirdiyi istiqrazlar ilə valyutada cəlb etdiyi vəsaitləri (xarici borcları) daxili borclar ilə əvəz etməkdədir.
İstiqrazlar dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsi və dövlət qiymətli kağızlar bazarının inkişafının dəstəklənməsi məqsədilə buraxılır. 2023-cü ilin 1-ci yarısının yekununda dövriyyədə olan dövlət istiqrazlarının 28,5 faizi 1 illik, 54 faizi 2 və 3 illik,17,5 faizi isə 5 və 7 illik dövlət istiqrazlarının payına düşmüşdü.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.