Azərbaycanın əsas ticarət tərəfdaşı olan 3 ölkədə - Gürcüstan, Rusiya və Türkiyədə dolların məzənnəsi bu ölkələrin milli valyutaları qarşısında kəskin şəkildə bahalanıb.
Eləcə də bax: Türkiyədə dollar 6,5 lirəni keçdi – SON MƏZƏNNƏ
FED.az xəbər verir ki, ən kəskin bahalanma Gürcüstanda qeydə alınıb. Bu ölkənin milli valyutası lari son bir gün ərzində dollar qarşısıda 15% dəyərdən düşüb. Dünən valyuta mübadilə məntəqələrində 2,79 lariyə satılan dollar bu gün 3,2 lariyə satılır.
Şimal qonşumuz Rusiyanın milli valyutal isə son bir gün ərzində dollar qarşısında 7,7% ucuzlaşıb. Dünən dolların məzənnəsi 75,1 rubl olduğu halda bu gün 80,9 rubla kimi yüksəlib.
Türkiyənin milli valyutası lirə isə dollar nisbətdə son bir gündə 2%-ə yaxın ucuzlaşıb. Dolların məzənnəsi son bir gündə 6,4 lirədən 6,52 lirəyə kimi artıb.
Yeniavaz