Hesablama Palatasının 2019-cu il üçün xərclər smetası müəyyən olub.
FED.az xəbər verir ki, bununla bağlı layihədə qeyd edilir ki, Hesablama Palatası Aparatının ( Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə idarəsi istisna olmaqla) 2019-cu il üçün xərclər smetası 4 milyon 368 min 941 manat məbləğində təsdiq edilsin.
Qeyd edək ki, həmin məbləğin 2 milyon 275 min 832 manatı işçilərin əməkhaqqına sərf ediləcək.