Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası Təlim və Maarifləndirmə Mərkəzinin direktoru vəzifəsi üzrə vakansiya elan edir.
TƏLƏB OLUNAN TƏHSİL VƏ İŞ TƏCRÜBƏSİ
• Ali təhsil (iqtisadiyyat, idarəetmə və hüquq);
• Yaxşı səviyyədə ingilis dili və rus dili bilikləri;
• Analoji sahə üzrə ən azı 5 il iş təcrübəsi;
• Yüksək analitik və problemləri həll etmə bacarıqları;
• Maliyyə institutları sahəsində təcrübəsi olanlara üstünlük veriləcəkdir.
VƏZİFƏ ÜZRƏ ÖHDƏLİKLƏR VƏ FƏALİYYƏTLƏR
• Mərkəzin işinin Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq təşkil edilməsi və aparılması, o cümlədən hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi;
• Palata və maliyyə subyektlərinin təlim ehtiyaclarını müəyyən etmək;
• Palata və maliyyə subyektləri üçün təlim ehtiyaclarına uyğun olaraq təlimləri təşkil etmək;
• Təlim sistemində istifadə olunan innovativ metodların (beynəlxalq təcrübənin) öyrənilməsi və onları fəaliyyətdə tətbiq etmək;
• Təlimlərlə bağlı tədbirlər planının hazırlanmasına nəzarət etmək;
• Təlimlərlə bağlı tədbirlər planının icrasını təmin etmək;
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini mövzuda vakansiyanın adını qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilərlər. Vakansiyanın adı qeyd olunmayan CV-lərə baxılmayacaqdır.