Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) İdarə Heyətinin qərarı ilə Azərbaycanda fəaliyyət göstərən 3 bank olmayan kredit təşkilatının (BOKT) lisenziyası ləğv edilib.
Palatadan FED.az-a verilən məlumata görə, bunlar Bakıda fəaliyyət göstərən "Kredit House" və "Mədəd Kredit", eləcə də, Lerik rayonunda fəaliyyət göstərən "Azəri Finans" MMC-lərdir.
Palatadan bildirilib ki, lisenziyaların ləğv eilməsinə səbəb həmin qurumların qanunvericiliyin tələblərinə uyğun fəaliyyət göstərməməsi olub: «Bu addımlar maliyyə sektorunda aparılan sağlamlaşdırma tədbirləri çərçivəsində atılıb və davam edəcək».
Xatırladaq ki, MBNP-nın məlumatına görə, hazırda ölkədə 43 BOKT fəaliyyət göstərir.
Palata 3 BOKT-un lisenziyasını ləğv etdi - SİYAHI
15:32
4 Aprel 2019