Azərbaycan Mərkəzi Bankı 2019-cu il üzrə tədiyyə balansını açıqlayıb.
FED.az xəbər verir ki, ilin yekunu üzrə tədiyə balansının ümumi müsbət saldosu müsbət 5 milyard 143 milyon dollar təşkil edib. Başqa sözlə, müxtəlif mənbələrdən ölkəyə daxil olan valyuta həcmi ölkədən çıxın valyuta həcmini 5,1 milyard dollar üstələyib.
Bu rəqəm 2018-ci ilin göstərici ilə müqayisədə daha artıqdır. Belə ki, 2018-ci ildə tədiyyə balansının saldosu 3 milyard 508 milyon dollar təşkil etmişdi. 2019-cu ildə müsbət saldo 1 milyard 635 milyon artıb.
AMB bildirir ki, 2019-cu ildə tədiyə balansı neft qiymətinin əlverişli olması, qeyri-neft ixracının artması və kapitalın və maliyyənin hərəkəti hesabında müsbət meyllərdən təsirlənib.
«Bu dövrdə cari əməliyyatlar balansında (CƏB) 4.4 mlrd.$, kapitalın və maliyyənin hərəkəti balansında isə 0.1 mlrd.$ profisit ehtiyat aktivlərinin 5.1 mlrd.$ artmasına şərait yaratmışdır»-deyə bildirilir.
Bununla yanaşı, 2018-ci illə müqayisədə cari əməliyyatlar balansının müsbət saldosu 30%-ə yaxın azalıb. Bunun 2 səbəbi var; xarici ticarət balansının saldosundakı 1.3 mlrd. dollarlıq azalma (idxalın artımı hesabına), xidmətlər balansının mənfi salosunun 600 mln. dollar artım.
Tədiyə balansının müsbət saldosunun 1.6 mlrd. dollar artıımına isə kənara kapital axınının kəskin azalması rol oynayıb.
2018-də ölkədən kapital çıxışının qalığı 4.8 mlrd. dollar olmuşdu, bu il 4 dəfə azalaraq 1.2 mlrd. dollara enib. Kənardakı neft layihələrinə qoyuluşlar üçün kapital çıxışı da 2 dəfə azalıb.
"Xalis xəta və nöqsanlar" maddəsi altında ölkəyə uçotsuz valyuta axını 662 mln. dollar olub. 2018-də bu göstərici 646 mln. dollar idi.