"Əhaliyə vaxtında xidmət göstərməkdə problem var"
"Valyutanın çatışmaması deyil, bankların xidməti çatdırmamaları problemi var".
Eləcə də bax: Mərkəzi Bankın sədri Elman Rüstəmovdan - MANAT AÇIQLAMASI – TƏCİLİ
FED.az xəbər verir ki, bunu jurnalistlərə Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib.
"Mən xüsusi qeyd etmək istəyirəm ki, banklar tərəfindən aparılan əməliyyatların həcmi 10 dəfədən çox artıb. Yəni əhaliyə vaxtında xidmət göstərmək problemi var. Bu problem var, valyutanın çatışmaması problemi yoxdur",- Elman Rüstəmov söyləyib.
Mərkəzi Bankın sədri əlavə edib ki, banklar dünən valyuta hərracında aldıqları vəsaiti əhaliyə tam sata bilməyiblər:
"Dünən və bu gün bankların tələbləri hərracda tam şəkildə ödənilib. Bu gün bütün banklarda əhalinin ala bilməsi üçün vəsait var. Banklar dünən satdığımız valyutanın hamısını reallaşdıra bilmədilər".
Elman Rüstəmov əhalini sakitliyə çağırıb.
"Mərkəzi Bankın və hökumətin "B" planı var. Bu plan məhz neftin 30-35 dollar qiymətinə hazırlanmışdır. Faktiki olaraq Mərkəzi Bank və hökumət bu planla fəaliyyət göstərir",- Elman Rüstəmov əlavə edib.