Martın 28-də Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti növbəti dəfə uçot dərəcəsi ilə bağlı qərarını açıqlayacaq.
Azərbaycanda bankların investisiya xidməti göstərməsi qaydası - TƏSDİQ EDİLİB
FED.az bu barədə AMB-yə istinadən xəbər verir.
Bildirilib ki, AMB-nin İdarə Heyətinin faiz dəhlizinin parametrlərinə dair növbəti qərarı barədə press-reliz 28 mart 2024-cü il tarixində saat 11:00-da yayımlanacaq.
Xatırladaq ki, AMB son üç qərarı ilə uçot dərəcəsini endirib. Sonuncu dəfə bu il yanvarın 31-də uçot dərəcəsi 8%-dən 7.75%-ə, faiz dəhlizinin aşağı həddi 6.5%-dən 6,25%-ə, faiz dəhlizinin yuxarı həddi isə 9%-dən 8.75%-ə endirilib. (Apa)