Nazirlər Kabineti Kommersiya təşkilatının ictimai əhəmiyyətli qurum sayılması üçün tələb olunan meyarları dəyişib. FED.az xəbər verir ki, bununla bağlı NK-nin «Kommersiya təşkilatlarının ictimai əhəmiyyətli qurumlara aid edilməsi üçün meyar göstəricilərinin təsdiq edilməsi barədə qərarına dəyişiklik edilib.
Eləcə də bax: 130 min manatlıq əmlakı var - 19 MİLYON QAZANIB - ŞİRKƏT HESABATI
Qeyd edək ki, kommersiya təşkilatları dedikdə kredit təşkilatlarından, sığorta şirkətlərindən, investisiya fondlarından və bu fondların idarəçilərindən, qeyri-dövlət (özəl) sosial fondlarından, qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərdən, qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslərdən başqa qurumlar nəzərdə tutulur.
Meyarlara görə, indiyədək kommersiya təşkilatlarının ictimai əhəmiyyətli qurum hesab olunması üçün təşkilatın illik gəlirliyi 120 milyon manat, hesabat ili ərzində işçilərinin orta hesabla sayı 1500 nəfər, balansın yekun məbləği isə 300 milyon manat olmalı idi. Təşkilatın ictimai əhəmiyyətli qurum sayılması üçün bu göstəricilərdən azı ikisi olmalı idi.
NK-nin son qərarı ilə isə bu göstəricilər dəyişib.
Tələb olunan illik gəlir 120 milyon manatdan 180 milyon manata, balans isə 300 milyon manatdan 450 milyon manata qaldırılıb.
Qeyd edək ki, ictimai əhəmiyyətli sayılacaq qurumların müəyyən edilməsi «Mühasibat uçotu haqqında» qanunun tələbidir. Qanuna görə, ictimai əhəmiyyətli qurumların baş mühasibləri peşəkar mühasiblər olmalıdırlar.
Bundan başqa, ictimai əhəmiyyətli qurumlar bu qanuna əsasən tələb olunan maliyyə hesabatlarını Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq tərtib edirlər və Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi uçot qaydalarına uyğun aparırlar.
Kommersiya təşkilatının ictimai əhəmiyyətli qurum sayılması üçün – MEYARLAR DƏYİŞİB
11:33
3 Avq 2019