Azərbaycanın ən aktiv şirkətlərindən biri - “Azconstruction” QSC 2018-ci il üzrə hesabatını açıqlayıb. FED.az xəbər verir ki, “Zaman-Audit” MMC tərəfindən tərtib edilən hesabata görə, şirkət ötən ili böyük mənfəətlə başa vurub.
Eləcə də bax: 6 milyona yaxın mənfəəti var – ŞİRKƏT HESABATI
Hesabata görə, 2018-ci ildə “Azconstruction” QSC-in əməliyyat gəliri, yəni yerinə yetirdiyi işlərdən ümumi gəliri 80 milyon 732,4 min manat təşkil edib.
Satışın maya dəyərini – 33,2 milyon manatı çıxanda şirkət 47,5 milyon manat ümumi mənfəət əldə edib.
Hesabatda deyilir ki, bu məbləğin 23 milyon manatı kommersiya xərclərinə, 718,2 min manat isə inzibari xərclərə sərf edilib.
Nəticədə “Azconstruction” QSC-in vergitutmadan əvvəlki mənfəəti fantastik 23,8 milyon manat təşkil edib. Şirkət bu vəsaitdən 4,76 milyon manat mənfəət vergisi ödəyib və nəticədə ili 19 milyon 43,8 min manat xalis mənfəətlə başa vurub.
Hesabatda deyilir ki, 2018-ci ilin nəticələrinə görə, “Azconstruction” QSC-nin aktivləri ötən illi müqayisədə 3 milyon 153 min manat və ya 11,3% artaraq 31 milyon 16,3 min manata çatıb. Şirkətin kapitalı isə 2 milyon 134,5 min manat azalaraq 16 milyon 45,9 min manata düşüb.
Ötən il ərzində “Azconstruction” QSC-nin öhdəlikləri də kəskin artıb. Cəmi öhdəliklər 5 milyon 288 min manat artaraq 14 milyon 970 min manata yüksəlib.
Bununla yanaşı, “Azconstruction” QSC-in hesabatı maraqlı məqamlarla zəngindir.
Bunlardan biri şirkətin uzunmüddətli aktivlərinin həcmi ilə bağlıdır. İl ərzində 80 milyon manatlıq sifariş verinə yetirmiş şirkətin əsas vəsaitlərinin (torpaq, tikili və avadanlıqlar) ümumi dəyəri cəmi 129,8 min manat təşkil edir. Bu da ümumi aktivlərin heç 1 faizi də deyil – cəmi 0,4%.
Başqa sözlə, “Azconstruction” QSC-in aktivlərinin 99,6%-i yalnız pul vəsaitlərindən ibarətdir.
Bundan başqa, şirkətin xalis mənfəəti. 2018-ci ilin nəticələrinə görə, “Azconstruction” QSC çox yüksək, hətta bir sıra sahələr üçün fantastik görünən mənfəət əldə edib. Şirkətin hesabatında yazılıb ki, ötən ili “Azconstruction” QSC 19 milyon manat xalis mənfəətlə bağlayıb. Bu şirkətin ümumi dövriyyəsinin 4-də biri, aktivlərinin isə 61%-i deməkdir. Və bütün bu mənfəət əsas fondları cəmi 130 min manat olan şirkətə məxsusdur.
“Azconstruction” tez-tez dövlət tenderlərini, xüsusilə «Azərişıq» ASC-nin elen etdiyi tenderlərini udur. Bu şirkət aqroparkların elektrik təchizatı işlərini, "Ağ şəhər"də yarımstansiyanın tikintisi və s. işləri həyata keçirib. Şirkət 2017-ci ildə «Azərişıq» ASC-nin 36 milyon 883 min manatlıq, 2018-ci ildə 2 milyn 550 min manat, 2019-cu ildə isə 6 milyon 426 min manatlıq sifarişlərini qazanıb.
130 min manatlıq əmlakı var - 19 MİLYON QAZANIB - ŞİRKƏT HESABATI
15:02
15 İyun 2019