Bu gündən başlayaraq qeyd olunan təşkilatlar və onların tabeli qurumları tərəfindən təqdim edilən 26 xidmət, o cümlədən notariat kontorlarında icra qeydlərinin aparılması, xarici ölkələrin müvafiq rəsmi strukturları tərəfindən verilmiş təhsil sənədlərinin tanınması xidmətləri və məktəbdənkənar təhsil müəsisələrinin xeyrinə ianələr üzrə ödənişlər “Hökumət Ödəniş Portalı”na inteqrasiya olunmuş 30 bankın və “Azərpoçt” MMC-nin 2500-dən çox filial və şöbələrində, 1000-ə yaxın ödəniş terminalında nağd formada, portalın internet səhifəsindən (www.gpp.az) və mobil əlavəsindən istifadə etməklə ödəniş kartları vasitəsilə nağdsız qaydada aparıla bilər.
Eləcə də bax: ABŞ-dakı azərbaycanlılar üçün də - VERGİ MƏCƏLLƏSİ DƏYİŞİB
Ödənişlərin həyata keçirilməsi zamanı ödəyicinin identifikasiyası üçün Ədliyyə Nazirliyi üzrə şəxsiyyət vəsiqəsi rekvizitlərindən, Qida Təhlükəsizliyi Agentliyi üzrə şəxsiyyət vəsiqəsinin rekvizitlərindən, VÖEN-dən və yaxud qurum tərəfindən təqdim edilən sənəd nömrəsindən, Təhsil Nazirliyi üzrə bu qurum tərəfindən verilmiş ödəyici kodundan, məktəbdənkənar təhsil müəssisələri üzrə isə şəxsiyyət vəsiqəsinin rekvizitlərindən istifadə edilməlidir.