Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən 2023-cü il ərzində görülən analitik fəaliyyətlər 3 623, 3 milyon manatı əhatə edib.
Vüqar Gülməmmədov: "Ötən il dövlət büdcəsi 83,3 faiz icra edilib"
FED.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədov 8 aprel tarixində keçirilən 2023-cü ilin yekunlarına həsr olunan mətbuat konfransında deyib.
O qeyd edib ki, 4 fəaliyyət keçirilib, bunlardan 3-ü başa çatdırılıb. Nöqsan məbləği 1 971.9 milyon manat təşkil edib. Büdcəyə dəymiş ziyan 103.2 milyon manat müəyyən edilib.