Ötən il Azərbaycan Respublikası Hesablama Palatasının büdcəsi 83,3 faiz icra edilib.
Hesablama Palatası ötən il 9 nəzarət tədbiri üzrə Baş Prokurorluğa və DTX-ya - MÜRACİƏT EDİB
FED.az xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin aprelin 8-də keçirilən iclasının gündəliyində müzakirəyə çıxarılan Hesablama Palatasının 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatın təqdimat zamanı deyib.
V.Gülməmmədov bildirib ki, iki sayda konsolidə edilmiş qurumun auditi aparılıb. Səmərəlilik auditi portfeli üzrə bütün tədbirlər yenidir. Bu audit üzrə tədbirlər ən azı 15 qurumu əhatə edir.
Hesablama Palatasının sədri vurğulayıb ki, ən effektiv audit yoxlamaları hüquq-mühafizə orqanlarında aparılanlardır. (Azərtac)