Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 2018-ci ilin may ayı ərzində 422,7 milyon ABŞ dolları məbləğində vəsait satılıb. Bu barədə FED.az-a Fonddan bildirilib.
Dövlət Neft Fondu (ARDNF) tərəfindən 2018-ci ilin aprel ayı ərzində 802,6 milyon ABŞ dolları məbləğində vəsait satılmışdı. Beləliklə, valyuta satışı yarıbayarıya yaxın (47,3%) azalıb.
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 2018-ci ilin mart ayı ərzində 647 milyon ABŞ dolları məbləğində vəsait satılmışdı.
2018-ci ilin 5 ayı ərzində isə ARDNF tərəfindən satılmış valyutanın həcmi 2 milyard 535,5 milyon ABŞ dolları təşkil edir.