Gürcüstanda ABŞ dollarının milli valyuta olan lariyə münasibətdə bahalaşması psixoloji həddi keçib.
Gürcüstan Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə əsasən, mayın 31-də 1 ABŞ dolları 2,8023 lari təşkil edəcək.
Bugünkü məzənnə ilə müqayisədə dolların qiymətində 0,0026 lari artım qeydə alınıb.
Gürcüstan Milli Bankının mayın 30-na 1 ABŞ dolları üçün müəyyən etdiyi məzənnə 2,7997 lari idi.
Yerli ekspertlərin proqnozuna əsasən, dolların bahalaşması ölkədə ilkin tələbat məhsullarının qiymətinin artmasına səbəb olacaq.