Bəzi xarici fəaliyyət iştirakçıları qanunvericiliyin tələblərinə əməl etməyərək idxal etdikləri malların dəyərini olduğundan aşağı göstərməklə dövlət büdcəsinə çatacaq gömrük vergi və rüsumlarını ödəməkdən yayınmağa çalışır.
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, 5722,52 manat əlavə ödəniş etməli olan "Kaspian Standart CO" MMC, 7353,8 manat əlavə ödəniş etməli olan "Polonia-Karqo" MMC və 2241,43 manat əlavə ödəniş etməli olan "Capital-Motors" MMC barəsindətoplanmış materiallar Qaradağ Rayon Məhkəməsinə, 34502,34 manat əlavə ödəniş edəcəyi müəyyən edilən "Azerturk Business Group" MMC, 56573,95 manat əlavə ödəniş edəcəyi müəyyən edilən "Casamia" MMC, 36847,00 manat əlavə ödəniş edəcəyi müəyyən edilən "Polonia-Karqo" MMC və 4274 manat əlavə ödəniş edəcəyi müəyyən edilən"Dincer və Carcioğlu" şirkəti barəsində məlumatlar isə Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq İdarəsinə göndərilib və əlavə ödənişlərin ödənilməsi təmin olunub. "Casamia" MMC tərəfindən 2 dəfə idxal edilən yükə aid invoys sənədi isə, ümumiyyətlə təqdim edilməyib. "İtaldizayn Group" QSC-nin tərkibinə daxil olan şirkətlərin invoys qiymətlərində isə 10916,1 avro fərq yarandığı müəyyən olunub.
İdxal etdikləri malları dəyərindən az göstərən hüquqi və fiziki şəxslərin adlarını və onların gömrük ödənişlərindən yayındırmağa çalışdıqları vəsaitlərin miqdarını aşağıdakı cədvəldə aydın görmək mümkündür:
Hüquqi və fiziki şəxslər |
Təqdim olunan invoys |
Orijinal invoys |
Fərq |
Məmmədov Zamiq |
20677 ABŞ dolları |
39600 ABŞ dolları |
18923 ABŞ dolları |
"Gold Climate" şirkəti |
70000 ABŞ dolları |
180000 ABŞ dolları |
110000 ABŞ dolları |
"Mery Pharma" MMC |
10042 ABŞ dolları |
14400 ABŞ dolları |
4358 ABŞ dolları |
"NKM-2015" MMC |
16220 ABŞ dolları |
25391 ABŞ dolları |
9171 ABŞ dolları |
"Bermud A.Y.T" şirkəti |
22427 ABŞ dolları |
12355 Avro |
204410,95 AZN |
"NKM-2015" MMC |
14860,20 ABŞ dolları |
25464,61 ABŞ dolları |
10604,41 ABŞ dolları |
"NKM-2015" MMC |
15041 ABŞ dolları |
27822,06 ABŞ dolları |
12781,06 ABŞ dolları |
"NKM-2015" MMC |
24543,46 ABŞ dolları |
44782,10 ABŞ dolları |
20238,64 ABŞ dolları |
Bakı Baş Gömrük İdarəsi əməkdaşlarının apardığı araşdırma nəticəsində ayrı-ayrı fiziki və hüquqi şəxslər üzrə verilən sorğulara əsasən, ümumilikdə 552 915 manat məbləğində gömrük dəyərinin düzgün göstərilmədiyi müəyyən edilib, bu da öz növbəsində təxminən 199 049 manat gömrük ödənişindən yayındırılma deməkdir.
Dövlət Gömrük Komitəsi bu halların qarşısının alınması üçün daim qətiyyətli addımlar atır və bildirir ki, gələcəkdə də müxtəlif üsullarla dövlət büdcəsinə çatacaq vəsaiti ödəməkdən yayınmağa cəhd göstərən fiziki və hüquqi şəxslər haqqında qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülməklə yanaşı, onların adları da mütəmadi olaraq ictimaiyyətə açıqlanacaq.