Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov ölkə əhalisini dolların məzənəsi ilə bağlı təmkinli olmağa çağırıb: «Mən əhalini sakitliyə çağırmaq istəyirəm. Hökumətin və AMB-nin gördüyü tədbirlərdən görünür ki, biz bunu çox təmkinlə, hazırlıqlı qarşılayırıq. Əvvəldə də demişdik ki, ölkənin nə həcmdə ehtiyatları var. Bu problemi layiqli qarşılamaq üçün kifayət qədər imkanımız var.
Hökumətin və Mərkəz Bankın «B planı» var. Bu plan məhz neftin 30-35 dollarlıq qiymətinə hesablanıb və faktiki olaraq indi hökumət bu planla fəaliyyət göstərir. Və biz bu probemi tez bir zamanda həll etmək əzmindəyik.
Əhaliyə çağırış ondan ibarətdir ki, onlar öz hərəkətləri ilə biz köməkçi ola bilərlər ki, bu problemi daha tez həll edək».