Xəbər verdiyimiz kimi, 2018-ci il yanvarın 1-dən fiziki şəxslərin qiymətli kağızlara yatırılan investisiyalarından vergi tutulmayacaq.
FED.az xəbər verir ki, eyni zamanda banklar və bank olmayan kredit təşkilatları satılan dövlət istiqrazları və Mərkəzi Bankın notları üzrə investisiyalardan əldə olunacaq faiz gəlirlərinə görə iödəmə mənbəyindən vergi tutmayacaqlar. Belə ki, ödəniş tarixində investisiya məbləği və toplanmış faiz gəlirləri birlikdə bank hesablarına ödəniləcək.
Ancaq sıgorta və investisiya şirkətləri, eləcə də digər huquqi şəxslər hələ də bu hüquqdan yararlana bilmirlər. İqtisdaçı ekspert Cəfər İbrahimli hesab edir ki, adıçəkilən hüquqi şəxslərin ödəmə mənbəyindən vergi tutulması ədalətli vergi tutmanin təməl fəlsəfəsinə ziddir.
“Ümümiyyətlə qiymətli kağızlardan həm mənbə vergisinin, həm də mənbədən vergi tutulmuş məbləğin mənfəət vergisinin hesablama dairəsinə alınması yenə də vergi tutma anlayisina ziddir. Ödəmə mənbəyindən tutulan məbləğ mənfəət vergisi hesablanan zaman gəlirdən cıxılan hissəyə daxil edilməli və təkrar vergi hesablanmamalıdır”.
C.İbrahimlinin sözlərinə görə, bu, qiymətli kağızlar bazarının stumullasmasına müsbət təsir edəcək.
Ədalətli vergi tutmanın təməl prinsipləri pozulur - EKSPERT
16:51
29 Yan 2018