Cari ilin yanvar-mart aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 27,7% (və ya 276 mln. manat) artaraq 1 276,8 mln. manat olub.
Nazirlikdən FED.az-a verilən məlumata görə, işləyən əhalinin sosial sığorta sistemində iştirak səviyyəsinin artmasının göstəricisi kimi, Fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 12,9% (65,3 mln. manat) artaraq, 573,5 mln. manat təşkil edib.
Qeyri-büdcə sektoru üzrə daxilolmaların artırılması da diqqətdə saxlanılır. Həmin istiqamətdə görülən işlərin nəticəsi olaraq, Fondun həmin sektordan daxil olan sosial sığorta haqları cari ilin ilk rübündə 367,1 mln. manat olub. Bu da 2018-ci ilin müvafiq dövrünə nisbətən 13,1% və ya 42,6 mln. manat çoxdur.
Eləcə də bax: Bəzi iş adamları icarə haqqını qəsdən aşağı göstərir – VERGİ BELƏ TUTULACAQ