Azərbaycanda banklardan 500 dollardan artıq xarici valyuta - dollar almaq istəyənlər xüsusi anket forma doldurmalı olacaqlar.
Eləcə də bax: «Təşvişə ehtiyac yoxdur, banklar istənilən qədər dollar satacaq»
FED.az xəbər verir ki, anket formada müştərinin ad-soyadı və indentifikasiya göstəriciləri və yaşayış yeri ilə yanaşı, onun iş yeri, konvertasiya olunacaq vəsaitin mənbəyi və alınan valyutanın istfadə istiqaməti də göstərilməlidir.
Eləcə də bax: Bəzi bank filialları dollar satışını - DAYANDIRIB
Başqa sözlə, dollar almaq istəyənlər dollar almaq üçün gətirdikləri pulun mənbəyini – haradan aldə etdiklərini göstərməli, eləcə alacaqları dolları necə sərf edəcəkləri barədə məlumat verməlidirlər.
Bundan başqa, dollar alanlar iş yerləri və burada tutduqları vəzifəni də göstərməlidirlər.
Xatırladaq ki, Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev bildirib ki, 20 min manatdan yuxarı məbləğlərdə də mübadilə əməliyyatlarında bankların daxili komplays qaydalarına uğun olaraq, müştəriyə bildirilir ki, bu əməliyyat haqqında məlumat Maliyyə Monitorinqi Xidmətinə göndəriləcək: «Bu indiyədək də mövcud idi, yeni qayda deyil. Eyni zamanda, müştəri məlumatlarını təqdim edilmiş formada banka təqdim edəcəkdir və bu məcburidir. Bu qaydalar əvvəllər də mövcud idi, heç bir yeni məhdudiyyətlər yoxdur, banklar adi rejimdə valyuta əməliyyatlarını həyata keçirirlər. Hər zaman 20 min manata qədər olan əməliyyatlar məhdudiyyətsiz həyata keçirilib və keçirilir, 20 min manatdan yuxarı olan bütün nəğd əməliyyatlar üzrə məlumatlar banklar tərəfindən Maliyyə Manitorinqi Xidmətinə təqdim edilib və ediləcək».