2018-ci ilin birinci rübü ərzində Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) dövlət büdcəsinə 2 milyard 299,0 milyon manat vəsait transfert etmişdir.
Bu barədə Fonddan bildirilib.
Bundan öncə Fond bəyan etmişdi ki, 2018-ci ilin birinci rübü ərzində isə ARDNF tərəfindən valyuta hərraclarında satılmış valyutanın həcmi 1 milyard 310,2 milyon ABŞ dolları təşkil edir.