2023-cü ilin ilk 4 ayının yekunları üzrə dövlət büdcəsində 3,2 milyard manatdan artıq profisit yaranıb.
2023-cü ilin büdcəsində - HANSI XƏRCLƏR ARTIRILACAQ?
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, yanvar-aprel aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 12 milyard 165 milyon manat, xərcləri 8 milyard 930 milyon manat təşkil edib.
2022-ci ilin eyni dövrü ilə müqayisədə büdcənin gəlirləri 1,5 milyard manat və 13,8% artıb.
Büdcənin xərcləri isə ötən illə müqayisədə 761 milyon manat və ya 9,3% artıb.
Nəticədə 4 ayın yekununda büdcədə 3 milyard 235 milyon manat artıqlıq – profisit yaranıb. Qeyd edək ki, bir ay əvvəl büdcədəki qalıq məbləğ cəmi 1,7 milyard manat olmuşdu.
Başqa sözlə, təkcə aprel ayında büdcənin profisiti 1,5 milyard manat yüksəlib.