Xəbər verdiyimiz kimi, Azərbaycan Maliyyə Nazirliyi 2017-ci ilin büdcə kəsirini bağlamaq üçün dövriyyəyə əlavə dövlət istiqrazları çıxardıb. FED.az xəbər verir ki, büdcəyə vergi daxilolmalarından yaranan kəsiri dövlət, istiqraz buraxıb üzərinə əlavə faiz ödənişləri öhdəliyi götürməklə həll edib.
Bununla bağlı Maliyyə Nazirliyi sorğuya cavab olaraq, məlumat verir ki, 2017-ci ildə dövriyyəyə ümumilikdə 900 milyon manatlıq istiqrazlar buraxılıb.
İlkin olaraq həcmi 700,0 milyon manat məbləğində dövlət istiqrazlarının buraxılması nəzərdə tutulub. Daha sonra 2017-ci il üzrə təsdiq olunmuş büdcə xərclərinin icrasının yerinə yetirilməsi məqsədilə əlavə olaraq 200,0 milyon manat məbləğində dövlət istiqrazlarının emissiyasına qərar verilib.
Banklarda yanaranan manat likvidliyi və investorların risksiz sərmayə alətinə aliyyə aləti kimi tələbat olduğu üçün ün onların dəmək olar ki, tam yerləşdirilməsinə nail olunub. Eyni zamanda dövriyyə müddətindən asılı olaraq dövlət istiqrazları üzrə faiz dərəcələri 2017-ci ilin əvvəli ilə müqayisədə ilin sonunda ortalama 5-9 faiz aşağı enib. Nazirliyin açıqlamasına görə, 2017-ci ildə dövlət istiqrazlarına tələbat əksər hallarda təklifi bir neçə dəfə (bəzi hallarda hətta 5-7 dəfə) üstələyib. Nəticə etibarilə, dövlət istiqrazları üzrə faiz dərəcələri aşağı enib. Başqa sözlə, gəlirlilik azalmaqla dövlətin faiz ödənişləri üzrə öhdəlikləri də azalmış olur. “Azərbaycan hökuməti bu istiqrazlarla əlaqədar faiz ödənişinə nə qədər vəsait xərcləyəcək”sualı isə cavablandırılmayıb. Nazirlik qeyd edib ki, dövlət istiqrazları üzrə keçirilən hərraclarda müəyyən olunan gəlirlilik dərəcəsi üzrə investorlara diskont və faiz ödənişləri həyata keçirilir.
Büdcə kəsirinin əlavə istiqraz dərmanı
10:18
23 Yan 2018