Mingəçevir şəhər bələdiyyəsi 2017-ci ildə əldə etdiyi gəlirləri və xərclərini açıqlayıb.
FED.az xəbər verir ki, bələdiyyənin əmlak satışından və fiziki şəxslərdən toplanan torpaq vergisinin həcmi 2016-cı ilə nisbətən ötən il azalıb.
Əvəzində digər sahələrdə artım müşahidə edilib. Xüsusilə mövsümi ictimai-iaşə və digər xidmətlərə görə ödənişlər və mədən vergisi 50% artıb.
Beləliklə, 2017-ci il ərzində Mingəçevir bələdiyyəsinin gəlirləri ümumilikdə 429 501,84 manat olub. Gəlirlər aşağıdakı mənbələrdən formalaşıb:
-fiziki şəxslərdən torpaq vergisi - 11 949,45 manat (2016-ci ildəkindən 15 % az);
-fiziki şəxslərdən əmlak vergisi – 18 309,78 manat (3% çox);
-yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi - 19 600,00 manat (49% çox);
-bələdiyyə mülkiyyətində olan torpaqlarda, binalarda və digər obyektlərdə küçə (divar) reklamının yerləşdirilməsi üçün ödəniş - 5 649,60 manat (25 % çox);
-bələdiyyə tərəfindən xüsusi ayrılmış torpaq sahələrində mövsümi ictimai-iaşə və digər xidmətlərə görə ödəniş – 5 936 manat (50 % çox);
-bələdiyyə ərazisində mehmanxana və turizm xidmətləri göstərən şəxslərdən alınan ödəniş - 2 776,25 manat (25% çox);
-bələdiyyə qərarına əsasən müəyyən edilmiş yerlərdə nəqliyyat vasitələrinin daimi və ya müvəqqəti dayanacaqları üçün ödəniş 3 337 manat (10% çox);
-bələdiyyə əmlakının satışından daxil olan gəlirlər - 41 895,50 manat (18% az);
-icarəyə verilmiş torpaq sahələrindən icarə haqqı - 131 580,18 manat (10 % çox);
-bələdiyyənin digər fəaliyyətindən daxil olan gəlirlər - 18 467,58 manat olub. (12 % çox)
2017-ci ildə bələdiyyə büdcəsinin gəlirlərində 2016-cı illə müqayisədə 3,3 % artım olub. Dövlət büdcəsindən quruma verilən dotasiya isə 170 000 manat təşkil edib.
Hesabat dövründə bələdiyyənin xərcləri ümumilikdə 396 460,72 manat olub. Xərclərin istiqaməti aşağıdakı kimidir:
-əmək haqqı və onunla bağlı digər ödəmələrə - 128 665,57 manat;
-Dövlət Sosial Müdafiə Fonduna ödəniş - 37 320 manat;
-dəftərxana ləvazimatı, cari təsərrüfat məqsədləri üçün mal və materialların alınmasına - 1 786,75 manat;
-ezamiyyə xərclərinə - 356,56 manat;
-nəqliyyat xidmətləri haqqının ödənilməsinə - 5 585,30 manat;
-kommunal xidmətləri haqlarının ödənilməsinə - 500 manat;
-rabitə xidmətləri haqqının ödənilməsinə - 1 871,95 manat;
-elektrik enerjisi haqqının ödənilməsinə - 904 manat;
-inzibati binanın istilik sistemi üçün qaz sərfiyyatına – 1 380 manat;
-sudan istifadə haqqının ödənilməsinə - 298,10 manat;
-abadlaşdırma xidmətləri haqqının ödənilməsinə - 148 700 manat;
-bələdiyyənin inzibati binasının cari təmir xərclərinin ödənilməsinə - 1 719,60 manat;
-əsas vəsaitlərin alınmasına – 900 manat;
-sosial-mədəni və məişət təyinatlı obyektlərin təmirinə - 10 645 manat;
-vətəndaşlara maddi yardım verilməsinə - 6 030 manat;
-imkansız ailələrin dəfn və mərasim xidmətlərinin təşkilinə - 2 333,75 manat;
-mədəni-kütləvi tədbirlərin keçirilməsinə - 4 449 manat;
-abunə xərclərinə - 2 398,60 manat;
-bank xidmətləri haqqına - 2 292,38 manat;
-sair cari – 38 324,16 manat.
Qeyd edək ki, əməyin illik ödəniş fondu ümumi xərclərin 42%-in təşkil edib.
Bələdiyyə mədən vergisini 50% artırdı
09:40
19 Yan 2018