“Bu gün valyutaya tələbat təxminən iki dəfədən çox aşağı düşüb. Nağd valyuta ehtiyyatları yaradılıb və bankların bütün tələbləri gün ərzində hərraclarda tam şəkildə ödənilir. Bu gün əhalinin ala biləcəyi qədər bütün banklarda vəsait var”.
Eləcə də bax: "Bu gün bütün banklarda əhalinin ala biləcəyi qədər nağd valyuta var"
FED.az xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Mərkəzi Bank sədri Elman Rüstəmov deyib.
Baş bankir bildirib ki, cənab Prezidnetin tapşırığı ilə dünən hökumətin iqtisadi blokunun üzvləri olmaqla geniş müşavirə keçirilib:
“Bu gün o müşavirə bir daha təkrar olunacaq və canlı efirdə müşavirənin davamını görəcəksiz. Müşavirədə əsas müzakirə olan yaranmış situasiya və ona reaksiya tədbirləridir. Yəqin hamınız bilirsiz ki, başlıca hansı amillərin hesabına bu stuasiya yaranıb. Koronavirusun coğrafiyasının genişlənməsi qlobal iqtisadi proseslərə, ticarətə, iqtisadi artımda baş verən proseslərə, qiymətləndirmələrə və proqnozlara təsirsiz ötüşmür. Biz mart ayının əvvəlində neftin qiyməti düşmədən də gördük ki, neftin qiyməti müəyyən dərəcədə düşməyə başladı. Və buna reaksiya oldu. Lakin bütövlükdə neftin qiymətinin kəskin azalması, OPEC+ razılaşmasının uzadılmaması və bunun dünya əmtəə və neft bazarlarına təsiri nəticəsində neftin qiymətinin kəskin düşdü.
Biz yenə də ənənəvi olaraq xarici şokdan danışırıq. Gedən proseslər Azərbaycanda gedən sosial-iqtisadi proseslərdən qaynaqlanmır. Lakin deyərdim ki, hətta bunun tam əksinə olaraq gedir. Azərbaycanda iqtisadi inkişaf sürətlənir. Azərbaycanda tam maliyyə sabitliyi, makroiqtisadi sabitlik höküm sürür. Lakin yenə də xarici şok neftin qiyməti və buna bizim faktiki olaraq əhalimizin gözləntisi, reaksiyası formasında bir nəticə alırıq. Bir neçə gündür neftin qiymətinin düşməsi ölkənin nə ticarət, nə də tədiyyə balansında əhəmiyyətli problem yaratmaq iqtidarında deyil. Sadəcə olaraq bazar iştirakçılarının, ilk növbədə əllərində nağd manat olan əhalinin reaksiyasıdır. Hesab edirəm ki, bu, gözlənti reaksiyasıdır. Hökumətin və Mərkəzi Bankın əsas gördüyü iş bu gözləntiləri müsbət gözləntiyə çevirməkdən ibarətdir. Bunun üçün bütün tədbirlərdən istifadə edirik. Dünən valyuta hərracı keçirildi və bütün tələbat ödənildi. Bu gün növbədənkənar auksion oldu, burda da bütün təlabat ödəndi. Bu gün tələbat təxminən iki dəfədən çox aşağı düşüb. Nağd valyuta ehtiyyatları yaradılıb və bankların bütün tələbləri gün ərzində hərraclarda tam şəkildə ödənilir. Bu gün əhalinin ala biləcəyi qədər bütün banklarda vəsait var”.