“Azərlotereya” ASC-nin təşkil etdiyi “5/36” tirajlı lotereyasında Bakı şəhər sakini Paşa Sadıqov 35 min 655 manatlıq “Cek Pot” qazanıb.
FED.az xəbər verir ki, ASC-dən verilən məlumata görə, 3 sentyabr 2021-ci tarixində “Azərlotereya” ASC tərəfindən təşkil olunan “5/36” lotereyasının növbəti tirajı keçirlib. “5/36” tirajlı lotereyasının 3317-ci tirajı iştirakçılardan biri üçün çox şanslı olub.
Toplanan “Cek Pot” məhz bu dəfə öz sahibini tapıb. 35min 655 manat təşkil edən “Cek Pot” pul mükafatı 053873 nömrəli biletin sahibi Sadıqov Paşa Sadıq oğlu tərəfindən qazanılıb.
Sevincini bölüşən Paşa Sadıqov uzun illərdir lotereya oynadığını, ancaq ilk böyük uduşunun bu dəfə olduğunu deyir: “Hər dəfə iki və ya üç manatlıq lotereya alıram. Əvvəllər kiçik uduşlara sahib olmuşam. Bu dəfə isə bəxtim daha çox gətirdi, 35min 655 manat qazandım. Pulu evimizin təmirinə və digər ehtiyaclara xərcləyəcəyəm. Qalan məbləği isə gələcək üçün saxlamaq fikrim var”.
Xatırladaq ki, "5/36" tirajlı lotereyasında “Cek Pot” axırıncı dəfə 06 avqust 2021-ci ildə keçirilən 3297-ci tirajda udulmuşdu. O zaman udulan pul mükafatı 36 min 512 manat təşkil etmişdi.