Azərbaycan 2022-ci ili dövlət büdcəsində böyük kəsirlə başa vurub.
FED.az xəbər verir ki, 2022-ci ildə dövlət büdcəsinin gəlirləri 30 milyard 660,6 milyon manat təşkil edib. 2021-ci illə müqayisədə büdcənin gəlirləri 16,2% artıb.
Büdcənin xərcləri isə ötən il 32 milyard 008,3 milyon manat olub. Əvvəlki illə müqayisədə 16,7% artıb.
Nəticədə dövlət büdəsinin kəsiri 1 milyard 348 milyon manat təşkil edib.
Xatırladaq ki, 2021-ci ilin sonunda da dövlət büdcəsi kəsirlə icra olunmuşdu – 993,7 milyon manat.