Asiya İnkişaf Bankı (ADB) 2011-2017-ci illərdə Azərbaycana 4 930 380 min ABŞ dolları məbləğində vəsait ayırıb.
FED.az xəbər verir ki, bu barədə Bankın "2011-2017-ci illərdə Azərbaycanla bağlı strateji prioritetlər" hesabatında bildirilir.
Hesabaat görə, həmin vəsaitlərin 3 922 720 min dolları yaxud 79,56%-i suveren kreditlər və zəmanətlər, 992 mln. dolları və yaxud 20,12%-i qeyri-hökumət kreditləri, 15,66 mln. dolları və yaxud 0,32%-i isə texniki dəstək proqramlarına ayrılmış vəsaitlər olub.
Ayrılmış kreditlərin 1 919 300 min dolları və yaxud 39%-i enerji sektoruna, 1 400 400 min dolları və yaxud 29%-i nəqliyyat, 750 mln. dolları və yaxud 14%-i dövlət sektorunun idarə edilməsinə, 630 mln. dolları və yaxud 13%-i su və şəhər infrastrukturu, həmçinin digər xidmət sektorlarına, 215 mln. dolları və yaxud 4%-i isə maliyyə sektoruna yönəldilib.
Texniki dəstək qrantlarının isə 5,9 mln. dolları və yaxud 38%-i enerji, 5,7 mln. dolları və yaxud 36%-i nəqliyyat, 1,4 mln. dolları və yaxud 9%-i maliyyə, digər 1,4 mln. dolları və yaxud 9%-i dövlət sektorunun idarə edilməsinə, 1,3 mln. dollar və yaxud 8%-i isə su və şəhər infrastrukturu, həmçinin digər xidmət sektorları üçün nəzərdə tutulub.