Azərbaycan hökuməti 2023-ci ildə xarici və daxili borclar üzrə limiti artırır.
Eləcə də bax: Azərbaycanın 2023-cü il üzrə - DÖVLƏT BÜDCƏSİ AÇIQLANDI - TAM MƏTN - LAYİHƏ
FED.az xəbər verir ki, Azərbaycan Prezidenti Administrasiyasının Milli Məclisə təqdim etdiyi “2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinə əsasən, 2023-cü ildə xarici borclar üzrə limit 750 milyon manat səviyyəsində nəzərdə tutulur (2022-ci ildə - 600 milyon manat). Beləliklə, xarici borclar üzrə limit 25% artır.
2023-cü ildə daxili borclar üzrə limit 2022-ci ildə 1,1 milyard manata qarşı 1,3 milyard manat səviyyəsində nəzərdə tutulur (artım 18,2% - İF).
Bundan əlavə, 2023-ci ildə dövlət zəmanətləri üzrə limitin yuxarı həddi 2022-ci ildə 800 milyon manata qarşı 1 milyard manat səviyyəsində təklif olunub (artım 25%).
Layihəyə əsasən, Azərbaycan hökuçəti 775 milyon manatı xarici borcun xidməti ilə bağlı ödənişlərə (azalma 52% - İF) yönəltməyi planlaşdırır, buna 456,1 milyon manat faizlər üzrə ödənişlər də daxildir.
2023-cü ildə daxili borcun xidməti ilə bağlı ödənişlər 230 milyon manat səviyyəsində nəzərdə tutulur (azalma 0,9%).
Xəbər verildiyi kimi, 1 iyul 2022-ci il tarixinə Azərbaycanın dövlət borcu 14 milyard 973,8 milyon manat və ya ÜDM-in 13%-ni (yanvar-iyunda azalma 11,4% - İF), həmçinin xarici borcu $7 milyard 167,1 milyon (12 milyard 184,1 milyon manat) və ya ÜDM-in 10,6%-i, daxili borcu – 2 milyard 789,7 milyon manat və ya ÜDM-in 2,4%-i təşkil edir. Birinci yarımillikdə xarici borc 11,9%, daxili borc – 9,1% azalıb.(İnterfaks-Azərbaycan)