Qlobal iqtisadiyyat Korona virusunun yayılması səbəbindən 2020-ci ildə ən azı 2008-ci ildəki maliyyə böhranı qədər böyük bir zərər çəkəcək.
FED.az xəbər verir ki, bu barədə açıqlama verən BVF prezidenti Kristalina Georgieva bildirib ki, artıq 80 ölkə dəstək üçün BVF-nin qapısını döyüb.
Beynəlxalq Valyuta Fondu (BVF) prezidenti Kristalina Georgieva, korona virusu epidemiyasından təsirlənən 80-ə yaxın ölkənin dəstək istədiklərini açıqlayıb. BVF-yə üzv ölkələrin sayı isə 189-dur.
Epidemiyanın humanitar dəyərinin ölçülməz olduğunu və bütün ölkələrin insanları qorumaq və iqtisadi zərərləri azaltmaq üçün birlikdə çalışmalarını ifadə edən Georgieva G20 maliyyə nazirlərinə və mərkəzi bank rəhbərlərinə "indi həmrəylik" sözləri ilə müraciət edib.
1 trilyon dollarlıq kredit paketi hazirlanır
Qlobal iqtisadiyyatda ən azı 2008-ci il maliyyə böhranı dövrü (iqtisadi daralma) qədər böyük bir tənəzzül gözlədiklərini söyləyən BVF prezidenti, ümid edib ki, vəziyyət 2021-ci ildə yaxşılaşacaq.
Bütün 1 trilyon dollarlıq kredit imkanlarından istifadə etməyə hazır olduqlarını söyləyən BVF prezidenti, ölkələri sağlamlıq sistemlərinin gücləndirilməsini prioritetləşdirməyə və virusun yayılmasını dayandırmağa çağıraraq, “virus nə qədər tez dayanarsa, bərpa daha sürətli və güclü olacaqdır”-deyib.
BVF müraciət edənlərin adlarını açıqlamayıb, amma artıq məlumdur ki, müraciət edənlərin biri Venesueladır və onun tələbi rədd edilib. BVF-dən tələbi rəsmi elan edən İrana hansı cavabın verildiyi də məlum deyil.
İnkişaf etmiş ölkələrin böhrana daha yaxşı cavab verdiklərini, lakin bir çox inkişaf etməkdə olan və az gəlirli ölkələrin böyük çətinliklərlə üzləşdiklərini bildirən BVF prezidenti, başlanğıcdan bəri inkişaf etməkdə olan ölkə bazarlarından 83 milyard dolların çıxdığını söylədi.
BVF prezidenti əlavə etdi ki, bu rəqəm tarixdə görünən ən böyük nəticədir. Georgieva ayrıca, aşağı gəlirli ölkələrin borclarından narahat olduqlarını və Dünya Bankı ilə sıx əlaqədə olduqlarını söyləyib.