Avropa Birliyi (AB), Panama və Şimali Koreya daxil 8 vergi cənnətini "qara siyahı"dan çıxardığını bildirib.
Birləşmiş Ərəb Əmirlikləri, Tunis, Monqolustan, Makau, Qrenadada və Barbados da AB-nin narahatlıqlarına qarşı "tədbirlər görmək sözü" verdikdən sonra Avropa İttifaqının Maliyyə Nazirləri tərəfindən hazırlanan "vergi cənnəti qara siyahısı"ndan çıxarılıb.
Keçən il ortaya çıxan "Panama Sənədləri"ndən sonra vergidən yayınma ilə mübarizə aparacağını elan edən AB-nin bu qərarı aktivistlər tərəfindən tənqid olunur.
AB-dən verilən açıqlamada, "Səkkiz ölkə, AB-nin narahatlıqlarına qarşı yüksək səviyyəli siyasi öhdəliklər götürmələrinin ardından, AB-nin vergi məqsədləri çərçivəsində əməkdaşlıq etməyən ərazilər siyahısından çıxarılmışdır" deyilir.
Açıqlamada, artıq bu səkkiz ölkənin AB-nə vergi qanunlarını yeniləmək sözü verən ölkələr siyahısında (boz siyası) yer alacağı qeyd olunub.
QARA SİYAHIDA 9 ÖLKƏ VAR
Hazırda hələ də "qara siyahı"da doqquz vergi cənnəti var (Amerikan Samoası, Bəhreyn, Guam, Marşal Adına Adaları, Namibiya, Palau, Sent Lusiya, Samoa Adası, Trinidad və Tobaqo)