ABŞ-ın qlobal maliyyə holdinqi "JP Morgan"ın İcraçı direktoru Jamie Dimon, Çin Yuanının 20 il ərzində ABŞ Dollarının rəqib halına gələ biləcəyini, ancaq yuanın bu nöqtəyə gəlməsi üçün Çinin etməsi lazım olan uzun bir maliyyə islahatları siyahısı olduğunu deyib.
FED.az xəbər verir ki, Bloomberg TV-yə danışan Dimon, "Çin Yuanının qlobal rolu gələcək 20 və ya 30 il ərzində ABŞ Dollarının rolu ilə müqayisə edilə bilinəcək hala gələ bilər. Çin Yuanının ABŞ Dolları ilə müqayisə ediləcək nöqtəyə gəlməsi üçün ilk növbədə konvertibl (geniş mübadilə edilə bilən) olması lazımdır. Konvertibl olmasa, müqayisə etmək olmaz" deyib.
Çinin, yuanı BVF-nin ehtiyat valyutası olması üçün atdığı addımların "kiçik dəyişikliklər" olduğunu qeyd edən Dimon, "Xarici investorların Çinin səhmlər bazarında tam olaraq yer almaları üçün konvertibl, çevrilə bilən bir pul vahidinə sahib olmağınız lazımdır. Ancaq bundan xeyli uzaqdayıq" deyib.