Asiya İnkişaf Bankı (AİB) gələn il Azərbaycanda ümumi daxili məhsulun artımını 2 faiz səviyyəsində proqnozlaşdırır.
FED.az-ın məlumatına görə, bunu bu gün Asiya İnkişaf Bankının vitse-prezidenti Vençay Janq Bakıda keçirdiyi mətbuat konfransında bildirib.
AİB-in vitse-prezidenti qeyd edib ki, bu il ümumi daxili məhsulun artımı 1,7 faiz səviyyəsində olub. Onun sözlərinə görə, struktur islahatları, özəl sektorun inkişafı, investisiyaların yatırılması ölkədə artım üçün daha böyük zəmin yaradacaq.