Milli Məclisin bu gün keçirilən plenar iclasına Rəqabət Məcəlləsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.
"Bu, antiinhisar fəaliyyəti sahəsində tənzimləyici çərçivə olacaq"
FED.az xəbər verir ki, Rəqabət Məcəlləsi Azərbaycan Respublikası Prezidentinin qanunvericilik təşəbbüsü ilə sentyabrın 7-də Milli Məclisə daxil olub.
Rəqabət Məcəlləsinin layihəsi 12 fəsil 84 maddədən ibarətdir.
Rəqabət Məcəlləsinin qəbul olunması ölkə iqtisadiyyatının inkişafı, biznes mühitinin əlverişliliyinin artırılması, azad sahibkarlığın təşviqi baxımından mühüm əhəmiyyət kəsb etməklə, ölkədə sahibkarların sağlam rəqabət şəraitində fəaliyyətinin hüquqi əsaslarını müəyyən edəcək. Yeni məcəllə, eyni zamanda istehlakçıların hüquqlarının müdafiəsini, məhsul və xidmətlərin keyfiyyətinin daha da artırılmasını hədəfləyir.
Müzakirələrdən sonra layihə səsverməyə qoyularaq ikinci oxunuşda qəbul edilib.