Rusiya hökuməti büdcə qaydasının dəyişdirilməsi məsələsini müzakirə edir, lakin hələlik heç bir qərar qəbul edilməyib.
Eləcə də bax: Putin rublun möhkəmlənməsinə kömək edən amillərdən - DANIŞIB
FED.az xəbər verir ki, Rusiya Baş nazirinini birinci müavini Andrey Belousov TASS-a müsahibəsində bildirib.
"Büdcə qaydası ilə bağlı məsələ hökumətdə yenidən gündəmə gətirilir", - Belousov bildirib.
"Sual yaranır: ümumiyyətlə büdcə qaydası nəyə lazımdır və o nə olmalıdır? Və hələlik bu suala dəqiq cavab yoxdur. Aydındır ki, büdcə xərclərini hansısa yolla məhdudlaşdırmaq lazımdır", - o əlavə edib.
Onun fikrincə, neft-qaz gəlirləri ilk növbədə investisiyalara yönəlməlidir. "Məsələn, mən hesab edirəm ki, neft və qaz gəlirləri ilk növbədə investisiyalara yönəlməlidir", - Belousov bildirib.
"Aydındır ki, biz büdcə xərclərini hansısa şəkildə məhdudlaşdırmalıyıq. Əgər biz neft-qaz gəlirlərindən sosial öhdəlikləri ödəməyə başlasaq, sonra neft və qaz gəlirləri kəskin şəkildə azalsa, biz nə edəcəyik?" - baş nazirin birinci müavini bildirib. (Marja)