"Qafqaz Ticarət" MMC "Sübhan Trans Beynəlxalq Nəqliyyat və Ticarət" MMC-nin ona qoşulması nəticəsində yenidən təşkil olunduğunu elan edir.
"Vergilər" qəzetinin xüsusi buraxılışında yer alan elana görə, kreditorlar tələblərini Bakı şəhəri, Nərimanov rayonu, Xarici dairəvi küçəsi, 2038-ci məhəllə ünvanına bildirə bilərlər.
Qeyd edək ki, "Qafqaz Ticarət" MMC "Azərsun Holdinq" MMC-nin tabeliyində fəaliyyət göstərir.