Azərbaycana xaricdən siqaret idxalı üçün icazə sistemi tələb olunacaq.
FED.az xəbər verir ki, bu barədə prezident İlham Əliyev bu gün imzaladığı «Tütün məmulatlarının və alkoqollu içkilərin idxalı və istehsalı sahəsində dövlət nəzarətinin gücləndirilməsi haqqında» sərəncamında Nazirlər Kabinetinə tapşırıq verib.
Sərəncamda Nazirlər Kabinetinə tapşırılır ki, Azərbaycana tütün məmulatlarının tütün məmulatlarının istehsalının və idxalının həyata keçirilməsi fəaliyyətinə görə icazə sisteminin tətbiqi və alkoqollu içkilərin idxalı və istehsalı ilə bağlı icazə sisteminin təkmilləşdirilməsi barədə təkliflər hazırlasın.
Sərəncamda bildirilir ki, burada məqsəd tütün məmulatlarının və alkoqollu içkilərin idxalı və istehsalı ilə əlaqədar şəffaflığın artırılmasıdır.