İqtisadiyyat Nazirliyinə məxsus “Azərbaycan İnvestisiya Şirkəti” ASC və “AzərŞəkər” pivə istehsalı üçün səməni arpasının emalı layihəsi üzrə birgə investisiya imkanlarının araşdırılmasına dair Anlaşma Memorandumu imzalayıb.
Azərbaycan İnvestisiya Şirkəti İsrailin startapına - 1 Mln. Dollar İnvestisiya Yatırıb
FED.az xəbər verir ki, bu barədə Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "Twitter" hesabında yazıb.
O qeyd edib ki, layihənin əsas məqsədi yerli istehsala dəstək və idxaldan asılılığın azaldılmasıdır.
Xatırladaq ki, 2022-ci ildə "Azərbaycan İnvestisiya Şirkəti" ASC qida emalı, quşçuluq, alternativ enerji, logistika, əczaçılıq və mədən sahələrində olan 5 layihəyə 10 milyon manat sərmayə yatırıb, daha 4 layihə üzrə qarşıdakı dövrdə 20,5 milyon manat investisiya yatırılması qərara alınıb.